İŞİD yeddi kürd silahlısının başını kəsdi - EDAM GÖRÜNTÜLƏRİ
İŞİD terrorçuları yenidən dəhşətli edamları ilə gündəmə gəlib. Terrorçular Peşmərgənin iki kənddə nəzarəti ələ keçirməsinə cavab olaraq 7 peşmərgə döyüşçünün başını kəsib. Edamın görüntüləri sosial şəbəkələrdə yayılıb.
İŞİD bir neçə gün öncə Kərkükün cənubunda itirdiyi ərazilərə görə edamla cavab verib. Edamdan öncə peşmərgə ailələrinə və bölgənin rəhbəri Məsut Bərzaniyə mesaj göndərilib. Terrorçu əsirlərin qaytarılması şərtlərinə əməl edilmədiyi üçün onları edam etdiklərini qeyd edir. "Ey Bərzani bunlar sənin əsgərlərindir. Sən bunların fəryadına çatmadın. Bunları pis sonları ilə baş-başa buraxdın. Biz də sizə verdiyimiz sözü yerinə yetiririk, ey Kürdistan diktatoru. Yaxında sənin sarayına gəlib səni və yanındakıları bunlar kimi edam edəcəyik. Çox yaxında".
Daha sonra edam həyata keçirilir.