Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edənlərdən biri qadın olub – HADİSƏ YERİNDƏN
Azərbaycanın Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə hücum edən 3 nəfərdən biri qadın olub. Tovuz rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu əl-qolunu bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar.
Qeyd edək ki, bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə hücum edilib.
Faktla bağlı araşdırma aparılır.