Dollar və rubl yenə ucuzlaşdı, avro bahalaşdı

Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları həftəni manat qarşısında dəyər itirməkdə davam edir. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1.0481 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro isə oktyabrın 2-si ilə müqayisədə bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1.1766 manatdır.

 

Rusiya rublu da həftəyə ucuzlaşmaqla başlayıb. Hazırda 1000 Rusiya rublu 15 manat 80 qəpikdir.

Müəllif | Apa.Tv
Apa.tv