Maştağada qonşu qonşunu öldürdü

Bakıda qətl törədilib.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 4-də Bakının Maştağa qəsəbəsinin sakini 1970-ci il təvəllüdlü Hikmət Rəhimov həmkəndlisi, 1976-cı il təvəllüdlü Elsevər Əliyevi bıçaqla qətlə yetirib.

 

Hikmət Rəhimov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv