Şamaxıda “NİVA” dərəyə aşdı, sürücü öldü
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün yolun 132-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.
Rayonun Quşçu kənd sakini, 1953-cü il təvəllüdlü Əlfalı Cəbiyevin idarə etdiyi 10 LE 420 dövlət nömrə nişanlı “NİVA” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Əlfalı Cəbiyev aldığı ağır xəsarətlərdən olay yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.