Masallıda maskalılar 80 yaşlı ər-arvadın evinə basqın etdi - TALAN

Masallı rayonunda naməlum maskalı şəxslər evə basqın ediblər.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 4 radələrində Binə Xocavər kəndində qeydə alınıb.

 

Maskalı şəxslər, kənd sakinləri - 80 yaşlı Yafər və Rübabə Məmmədovaların yaşadıqları evə daxil olub, onların əl-qolunu bağlayıb, zor tətbiq edib, pul, qızlı tələb ediblər.

 

Pul tapa bilməyən maskalılar qadının üzərində və evdə olan zinət əşyalarını götürüb qaçıblar.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında əməliyyat-istintaq qrupu yaradılıb. Həmin şəxslərin tapılması istiqamətində iş aparılır.

Müəllif | Apa.Tv
Apa.tv