İŞİD Palmiradakı 2 min illik abidəni dağıtdı - VİDEO
Suriyanın antik Palmira şəhərindəki məşhur Zəfər Tağı artıq yoxdur. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, İŞİD terrorçuları 2 min il tarixi olan abidəni yerlə yeksan ediblər.
3 hissədən ibarət olan abidə qədim şəhərin vaxtilə əsas ticarət küçəsinin giriş qapısı olub. Onun hündürlüyü 20 metr olub.
Palmiranı "Suriya səhrasının ilğım şəhəri" də adlandırıblar. Şəhər UNESCO-nun Mədəni İrs siyahısına salınıb.