ABŞ prezidentliyinə namizəd: "Putinin İŞİD-ə qarşı mübarizəsini bəyənirəm"
"ABŞ sanki siyasi arenada hansı tərəfi dəstəkləməyin düzgün olduğunu bilmir". Respublikaçılar Partiyasının prezidentliyinə əsas namizədi, milyarder Donald Tramp belə deyib.
Onun sözlərinə görə, ABŞ Yaxın şərqdə stabillik yaratmaq üçün İraqda Səddam Hüseyni, Liviyada Qəddafini devirməyə çalışıb və məqsədinə çatıb: "Amma hər iki lider devriləndən sonra ölkələri xaos və böhrandan çıxa bilmir. Görün biz nə etmişik. Növbə Suriya prezidenti Bəşər Əsədindir. Birləşmiş Ştatlar Əsədə qarşı çıxarkən reallıqda kimi dəstəklədiyini bilmir. Bəlkə də bu adamlar Əsəddən daha pis olacaq".
Donald Tramp bəyan edib ki, İŞİD məhz ABŞ-ın İraqda törətdiyi fəlakət nəticəsində meydana gəlib: "Kremlin İSİD-ə qarşı mübarizəsini bəyənirəm. Putin İŞİD-i məhv etməlidir ki, terrorçular gəlib Moskvaya çatmasınlar".