Göygöldə maşın su anbarına düşdü: 3 dost boğuldu
Göygöldə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.
“VAZ-2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb.
Qəzada dünyasını dəyişənlər sürücü, rayonun Mollacəlil kənd sakini, 1981-ci il təvəllüdlü Xanlar Nəsibov, onun həmkəndliləri və həmyaşıdları - sərnişinlər Rəşadət Nəsibov və Pərviz Teymurovdur.
Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.