Gədəbəyə dolu düşdü - HADİSƏ YERİNDƏN
Gədəbəy rayonuna dolu düşüb.
Gədəbəy Rayon İcra Hakimiyyəti aparatından APA TV-nin qərb bürosuna verilən məlumata görə, oktyabrın 4-də günorta saatlarında rayonun mərkəzinə, Dəyə Qarabulaq, Günəşli, Musayar, Şahdağ, Daşçuvar kəndlərinə dolu yağıb.
Qısa müddət davam edən dolunun vurduğu ziyan barədə hələlik məlumat verilməsə də, meyvə ağaclarına ziyan dəydiyi bildirilir.