Avropaya sığınmaq istəyən daha 100 nəfər dənizdə boğuldu
Son 5 gün ərzində Liviya sahillərində Yaxın Şərqdən dəniz vasitəsilə Avropaya sığınmaq istəyən 100 nəfərin meyiti tapılıb.
APA TV-nin xəbərinə görə, Yunanıstanın Kos adası yaxınlığında xilasedicilər sudan boğulmuş körpə də tapıblar.
Ölüm təhlükəsinə baxmayaraq, Avropaya məcburi köçkün axını azalmır. Avropa Xarici Sərhədlərin Təhlükəsizliyi üzrə Agentliyin məlumatına görə, bu il ərzində Avropa ərazisinə qanunsuz yolla 630 min insan daxil olub. Amma məcburi köçkünlərin axınına bütün avropalılar şad deyil. Buna nümunə kimi Almaniyanın Frimar şəhərində qaçqın şəhərciyinin naməlum şəxslər tərəfindən yandırılmasını göstərmək olar.