Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı saldı
Səudiyyə Ərəbistanı müştəriləri üçün "qara qızıl"ın qiymətini bir az da endirib. APA TV-nin "The Wall Street Journal"a istinadən xəbərinə görə, ər-Riyad bu addımı dünya bazarında neft satışı rəqabətində üstünlüyünü əldən verməmək üçün atıb.
Dövlət şirkəti olan "Saudi Aramco" Asiya ölkələrinə neftin bir barelinin qiymətini 1, 7 dollar endirilib. Hazırda Səudiyyə nefti Dubay məhsuluna nisbətən daha ucuz satılır.
Krallıq kompaniyası Uzaq Şərq üçün qiyməti 2 dollar, ABŞ üçün isə 30 sent ucuzlaşdırıb. Ötən ay Yaxın Şərq ölkələrindəki rəqib şirkətlər "Saudi Aramco" ilə müqayisədə "qara qızıl"ın qiymətinə endirim ediblər.