Masallıda qardaş qardaşı öldürdü

Masallıda qətl hadisəsi baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1980-ci il təvəllüdlü Rafael Güloğlan oğlu Qasımov şəxsi münasibətlər zəminində kiçik qardaşı, 1984-cü il təvəllüdlü Ramil Güloğlan oğlu Qasımova bıçaqla qarın boşluğundan vurub.

 

Ramil Qasımov xəstəxanaya aparılarkən qan itirmə nəticəsində yolda dünyasını dəyişib.

 

Meyit daxili və xarici müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılıb.

 

Hadisəni törətmiş Rafael Qasımov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv