İsrail aviasiyası Qəzza zolağını bombaladı
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağını bombalayıb. APA TV-nin xəbərinə görə, hədəf HƏMAS hərəkatına məxsus obyektlər olub.
İordan çayının qərb sahilindəki Tulkarm şəhərində baş verən toqquşmalar zamanı 18 yaşlı Fələstin sakini ölüb. İnsidentlə bağlı ordu araşdırmalar aparır.
Dünən isə eyni ərazinin bəzi rayonlarında İsrail ordusu və polisi ilə qarşıdurmalar zamanı 200 fələstinli yaralanıb. Bununla yanaşı, İsrail hüquq-mühafizə orqanları fələstinlilərin Qüds şəhərinə gəlişini qismən məhdudlaşdırıb. Buna səbəb iki gün öncə silahlı Fələstin vətəndaşlarının iki israillini qətlə yetirməsi olub. Qüds şəhərinin şərqində gərginliyin artmasına səbəb isə 50 yaşadək müsəlmanların əl-Əqsa məscidinə girişinin məhdudlaşdırılması olub.