Həyətində çətənə əkən Şirvan sakini tutuldu

Şirvan sakininin həyətində çətənə kolları aşkar edilib.

 

Şirvan şəhər Polis Şöbəsindən APA TV-nın Mil-Muğan verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri çərçivəsində Şirvan şəhəri, A.Mustafayev küçəsi 31 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Nağıyev Asif Rəhman oğlunun həyətində yerləşən tikilinin ərazisindən çətənə kolları aşkar edilərək götürülüb.

 

Daha sonra onun evinə baxış keçirilərkən müxtəlif üsullarla qablaşdırılmış metal qutuda 10,15 qram, kibrit qutusunda 6,73 qram, 7,53 qram və 0,93 qram çəkilərdə qurudulmuş marixuana aşkar edilib. Asif Nağıyev şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı