Bakıda "Mercedes" yanacaqdoldurma məntəqəsinə girdi: 1 ölü
Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metro stansiyası istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü Elşən Həsənov havanın yağışlı olması səbəbindən idarəetməni itirib.
Sürət yüksək olduğundan, sürücü yaş yolda avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yanacaqdoldurma məntəqəsinin hasarına çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişini Şaiq Abbasov xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.