Bakıda toyda qohumlar arasında dava: iki nəfər bıçaqlandı

Bakıda toyda musiqi sifarişi üstündə qohumlar arasında dava düşüb, iki nəfər bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

 

Toy zamanı musiqi sifarişi üstündə qohumlar arasında mübahisə düşüb. Mübahisə edənlər şadlıq sarayının foyesinə çıxıblar və mübahisə davaya çevrilib. Dava zamanı 48 yaşlı İlqar Tağıyevə döş nahiyəsindən, Musa Xidafirova isə sarğı nahiyəsindən bıçaq xəsarətləri yetirilib. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Çoxlu qan itirən hər iki yaralı əməliyyat olunub.

 

Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İdarədən APA TV-yə verilən məlumata görə, iki qohumunu bıçaqlayan şəxs məlumdur və onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Müəllif | Apa.Tv