Bakıda daha bir neçə avtobusun istiqaməti dəyişdirildi, bir marşrut bağlandı
“Baku Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar sabahdan etibarən bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik edilib.
“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının təşkili” MMC-dən APA TV-yə verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, bu gündən etibarən Azadlıq prospektindən "28 May" metro stansiyasına kimi fəaliyyət göstərəcək.
Həmçinin 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal-"İçərişəhər" metro stansiyası-20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan "İçərişəhər" metro stansiyasına kimi hərəkət edəcək. 13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.
Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon-Həsən Əliyev küçəsi-Tbilisi prospekti-Elmlər Akademiyası metro stansiyası istiqamətində fəaliyyət göstərirdi. İndi isə bu marşrut xəttini "Baku Bus" MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib.
Qeyd olunan dəyişikliklər bu gündən qüvvədədir.