Hökməli sakini: “Var-yox söyüşü söydü, mən də bıçaqla vurdum”

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Hökməli qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında qeydə alınıb.

 

Marketin yaxınlığında yaşayan İlqar Fikrət oğlu Yusubov qonşusu İlyas Nəriman oğlu Mehrəliyev tərəfindən bıçaqlanıb.

 

Saxlanılan İlyas Mehdiyev ilkin dindirilmə zamanı  İlqar Yusubovla aralarında baş vermiş mübahisənin səbəblərindən danışıb: "Mən maşını yuduzdurub gəlirdim. Qonşu təzə ev tikdirir. ZİL maşını ilə daş gətirirdi. O keçdi, mən keçə bilmədim. Arxaya gedib sürətlə gəlib keçdim. Qonşu gəldi ki, sən burdan sürətlə keçmisən. Var-yox söyüşü söydü, mən də vurdum".

 

İlyas Mehrəliyev qonşusunu bıçaqlayandan sonra Abşeron Rayon Polis İdarəsinə gələrək könüllü təslim olub. Faktla bağlı başlanan cinayət işinin istintaqı davam edir. 

Müəllif | Apa.Tv