Azərbaycanda dollar və rubl bahalaşdı
Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ötən günə nisbətən ABŞ dolları və rubl bahalaşıb, avro isə ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının qiymətini 1.0483 manat olaraq müəyyənləşdirib. 1000 Rusiya rublunun qiyməti isə 16 manat 20 qəpikdir. Avrozonanın əsas valyutası olan 1 avronun rəsmi məzənnəsi 1.1724 manat olaraq açıqlanıb.
Xatırladaq ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır.