Xırdalanda velosiped oğrusu tutuldu
Abşeron polisi vətəndaşların velosipedlərini oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
APA TV-nin xəbərinə görə, polis tərəfindən saxlanılan Taleh Telman oğlu Məmmədov müxtəlif vaxtlarda Xırdalan şəhərində dörd velosiped oğurlamaqda şübhəli bilinir. O, dördüncü velosipedi oğurlayandan sonra həbs edib.
Taleh qiymətləri 200-250 manat arasında olan velosipedləri oğurladıqdan sonra dəyər-dəyməzinə satıb, əldə etdiyi pulları isə şəxsi ehtiyacı üçün xərcləyib. Talehin sözlərinə inansaq, sahibləri velosipedlərini ona özləri veriblər: "Sürmək adı ilə alıb, sürüb gedirdim. Sonra isə tanımadığım şəxslərə satmışam".
Taleh Məmmədovun əməlindən zərərçəkənlərdən Abşeron Rayon Polis İdarəsinə, yaxud Daxili işlər Nazirliyinin 102 xidmətinə məlumat vermələrini xahiş olunur. Faktlarla əlaqədar artıq cinayət işi başlanılıb, araşdırma aparılır.