Gəncədə mağazaya basqın edildi

Gəncədə ərzaq mağazasına basqın edilib. Bu barədə APA TV-yə Gəncə şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Məlumata görə, oğurluq şəhərin Atatürk prospekti 265 ünvanında yerləşən mağazasında törədilib. Naməlum şəxslər mağazanın qapısını sındıraraq içəriyə daxil olublar. Dükandan 600 manat nəğd pul və 200 manat dəyərində olan müxtəlif markalı siqaretlər aparıblar. Mağazada olan kamera görüntüləri hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən götürülərək araşdırılır. Gəncə şəhər Baş Polis İdarəsində oğruların tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli