Ağdaşda yüklə dolu “KamAZ” aşdı: sürücü yaralandı
Ağdaş rayonunda yük avtomobili aşıb, xəsarət alan var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 243-cü kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.
1977-ci il təvəllüdlü Mingəçevir sakini Feruz Müzəffər oğlu Qəmbərovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin yük yerindəki mişar daşları yola dağılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, yük avtomobilinin qarşısına qəflətən naməlum minik maşını çıxıb və sürücü toqquşmadan qaçaraq idarəetməni itirib, “KamAZ” yoldan çıxaraq aşıb. Hadisə zamanı hava yağışlı olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.