Rəşid Dustum: "Rusiyasız Əfqanıstan İŞİD-lə bacarmayacaq"

Əfqanıstanın birinci vitse-prezidenti Əbdül Rəşid Dustum Çeçenistan paytaxtı Qroznıda səfərdədir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Dustum Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb. Əfqanıstan rəsmisi mətbuata ölkəsində terrorçuluğa qarşı aparılan mübarizədən danışıb.

 

O deyib ki, İŞİD onun ölkəsini özünün plasdarmına çevirmək niyyətindədir: "Biz Rusiyadan İŞİD-lə mübarizə aparmaq üçün yardım istəyirik. Moskvanın dəstəyi olmasa Əfqanıstan bunu bacarmayacaq".

 

Bu arada isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Nikolay Boqdanovski iki günlük səfərlə İsrailə gedəcək. Görüşdə Rusiya nümayəndə heyəti İsrail tərəfi ilə Suriyadakı vəziyyəti müzakirə edəcəklər. İsrail və Rusiya adı çəkilən ölkədə İŞİD-ə qarşı birgə mübarizə məsələlərini də nəzərdən keçirəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv