Türkiyə Silahlı Qüvvәlәrinin baş qәrargah rәisi Bakıdadır

Azәrbaycana rəsmi sәfәri başlayan Türkiyә Silahlı Qüvvәlәrinin baş qәrargah rәisi Hulusi Akar bu gün Fәxri Xiyabanda Heydәr Әliyevin vә Zәrifә Әliyevanın mәzarlarını ziyarәt edib.
 

APA TV-nin məlumatına görə, Hulusi Akar daha sonra nümayәndә heyәtilə Şәhidlәr Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

"Şәhidlәr dost vә qardaş ölkә olan Azәrbaycanın müstәliiyi üçün mübarizә aparıb vә şәhid olublar. Qәhramanlığınız azәrbaycanlı qardaşlarımız vә Silahlı Qüvvәlәr tәrәfindәn sonsuza qәdәr ehtiramla yad edilәcәk", deyə qonaq xatirə dəftərində qeyd edib.

 

Hulusi Akar dost vә qardaş ölkә olan Azәrbaycanda olmaqdan qurur duyduğunu da vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv