Rusiya qırıcıları İŞİD mövqelərini darmadağın etdi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Suriyanın "Xmeymim" aviabazasından havalanan Rusiya təyyarələri ötən gün İŞİD mövqelərinə qarşı 15 döyüş uçuşu həyata keçirib.

 

APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, rus qırıcıları terrorçuların mövqelərini dəfələrlə bombalayıblar. İŞİD-in Deyr-Xəfir və Əl-Bab əyalətləri, həmçinin Hələb ətrafındakı əsas qərargahları məhv edilib. Bundan əlavə İŞİD-in komandirləri və xeyli döyüşçüsü öldürülüb.

Əməliyytlar Suriyanın şərqindəki Homs əyalətində də davam etdirilib. Tadmor şəhəri yaxınlığında bombardmançılar terror qruplaşmasının çoxlu texnikasını sıradan çıxarıb. Bu sıraya Suriya ordusundan ələ keçirilən bir neçə tank da daxildir.


İŞİD-in möhkəmləndiyi ərazilərdə yanacaq çənlərinin partlaması güclü yanğınlara səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv