Snouden: "ABŞ və Britaniya bütün smartfonları dinləyir"
Böyük Britaniyanın hökumət rabitə mərkəzində smartfon telefonlara daxil olaraq, mobil telefonun sahibini izləyə bilirlər.
APA TV-nin xəbərinə görə, bunu ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, britaniyalıları lazımi avadanlıqla Birləşmiş Ştatların Milli Təhlükəsizlik Agentliyi təmin edib. "İstənilən smartfona daxil olmaq üçün agentlər həmin nömrəyə şifrəli ismarıc yollayır. Bununla da onlar sizin telefona qoşulub, kimlərlə zəngləşdiyinizi, hansı yerlərə getdiyinizi, mobil telefonunuza gələn SMS-ləri və hansı Wi-Fi nöqtələrindən istifadə etdiyinizi müəyyən edir. Sizin isə bundan xəbəriniz olmur" - deyə Edvard Snouden qeyd edib.
O bildirib ki, xüsusi xidmət orqanları smartfonu öz sahibi əleyhinə həm görüntülü, həm də səsli casusluq etməyə vadar edə bilir. Müasir texnologiyalar hətta söndürülmüş mobil telefonu da izləmək gücündədir.