Lənkəranda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olundu
Lənkəranda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas olunub.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 78/22, mənzil 29 ünvanında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş telefon zəngində bildirilib ki, adı çəkilən mənzildə ev sahiblərinin 2011-ci il təvəllüdlü azyaşlı uşağı Nahidə Alim qızı Rəhimova bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq, xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin qapısını açıb və içəridə nəzarətsiz qalmış uşağı ailəsinə təhvil veriblər.