Zaqatalada iki oğru həbs edildi

Zaqatalada oğurluqla məşğul olan iki nəfər rayon sakini həbs edilib.


Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayonun Əliabad qəsəbə sakini Reyhan Allahverdi qızı Musayeva ərizə ilə müraciət edərək evindən bir ədəd LG markalı televizor oğurlanması ilə bağlı məlumat verib.


Zaqatala RPŞ keçirdiyi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Reyhan Musayevanın evindən oğurluq edən şəxsin elə onun həmkəndlisi, 1989-cu il təvəllüdlü Qabil Şaban oğlu Əhmədov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

 

Qabil Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, Reyhan Musayevin evindən oğurluq edən gün daha bir başqa həmkəndlisi - Tamella Nizami qızı Uluxanovanın evindən DVD pleyer oğurlayıb.

 

Rayonun Muxax kənd sakini Nəsibə Mustafa qızı Məmmədova isə ailəsinə məxsus qarışıq mallar mağazasından oğurluq olunması barədə Zaqatala RPŞ-nə müraciət edib.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsibə Məmmədovaya məxsus mağazadan oğurluq edən şəxsin Zaqatala şəhəri, S.Kazımov küçəsi, ev 112 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Elçin Sabir oğlu Rəşidov olduğu müəyyən edilib. Elçin Rəşidov tutularaq istintaqa təhvil verilib. Aparılan istintaq zamanı məlum olub ki, E.Rəşidov N.Məmmədovaya məxsus mağazadan müxtəlif adda xeyli siqaret, müəyyən miqdarda pul və müşahidə kamerasının avadanlıqlarını oğurlayıb.

 

Hər iki faktla bağlı Zaqatala RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv