Prezident İlham Əliyev və Mehriban Əliyeva Xəzər rayonunda 3 məktəbə baş çəkiblər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 14-də Bakının Xəzər rayonundakı 234, 125 və 121 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 234 nömrəli orta məktəbə baş çəkiblər. Binada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olublar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, 234 nömrəli orta məktəb 1980-ci ildə inşa olunub. 1176 yerlik məktəbdə 850 şagird təhsil alır. Sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva 125 nömrəli orta məktəbə gediblər. Qeyd edilib ki, məktəb 1939-cu ildə inşa olunub. 760 yerlik yeni məktəbdə hazırda 560 şagird təhsil alır. Məktəbin akt və idman zalları yüksək tələblər səviyyəsindədir. Daha sonra ölkə başçısı və xanımı Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 1934-cü ildə inşa olunan məktəbdə 2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun 400 şagird yerlik yeni korpus inşa olunub. 1040 yerlik məktəbdə hazırda 870 şagird təhsil alır.

Müəllif | Apa.Tv