Sabah hava küləkli və yağışlı olacaq

Oktyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var.

 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, günün birinci yarısında 20-23, günün ikinci yarısında 15-17 dərəcə isti olacaq.  

 

Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlıq ərazilərdə gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv