Göygöl sakini 37 yaşlı arvadını bıçaqladı

Göygöldə 37 yaşlı qadın bıçaqlanıb. APA TV-nin qərb bürosunun məlumatına görə, rayon sakini, 1978-ci il təvəllüdlü Mehriban Hacıyeva bel nahiyəsindən bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, Mehriban Hacıyeva ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv