Bakıda lyukların qənimi olan şəxslər ələ keçdi
Son günlər paytaxtın mərkəzi küçə və prospektlərində, eləcə də xüsusi dövlət əhəmiyyətli yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarının qeyri-müəyyən şəraitdə oğurlanması faktları daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal həyata keçirilən təxirəsalınmaz tədbirlərlə bu qəbildən olan silsilə oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənov və Bərdə rayon sakini Ülfan Alıyev saxlanılıb.
İlkin dindirmə zamanı onlar cinayət törədərkən Müşfiq Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşından istifadə etdiklərini, son iki ay ərzində yağış sularının axıdılması üçün quraşdırılan 70-ə yaxın dəmir barmaqlıqları oğurladıqlarını etiraf ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.