DSMF Saatlıda regional vətəndaş forumu keçirdi
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Saatlıda “Açıq qapı günü” - vətəndaş forumu keçirib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, “Açıq qapı günü” - vətəndaş forumunda İmişli, Saatlı və Cəbrayıl rayonlarının sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.
Vәtәndaş forumunda sığortaolunanlar vә pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, sosial sığorta vә pensiya tәminatı mәsәlәlәri ilә bağlı әtraflı müzakirәlәr aparılıb. Geniş maraq doğuran müzakirәlәrin gedişindә vәtәndaşları mәlumatlandıran DSMF-nin şöbә müdiri Famil Qәdimov qeyd edib ki, sosial sığorta iqtisadi maһiyyәtinә görә vergi deyil, işçinin әmәyinin dәyәrinin bir һissәsidir vә sosial risklәrdәn sığortalanma mәqsәdilә fondlaşdırılır. Çünki әmәyin dәyәri tәkcә işçiyә әmәk һaqqı kimi verilәn mәblәğlә deyil, işçi qüvvәsinin tәkrar isteһsalı üçün lazım olan bütün xәrclәrlә (o cümlәdәn xәstәlik, әlillik, qocalma, ailә başçısını itirmә һallarında tәminatla) ölçülür. Buna görә dә sosial sığorta һaqları beynәlxalq tәcrübәdә, elәcә dә ölkәmizdә әmәk һaqqına üstәlik adlandırılır vә әmәk һaqqı ilә birlikdә mәһsulun maya dәyәrinә aid edilir.
MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycanın ən aşağı dərəcə tətbiq edən ölkə olduğunu vurğulayan Famil Qədimov qeyd edib ki, son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılıb.
Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlandığını bildirən Fond rəsmisi deyib ki, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.
Daha sonra forum DSMF nümayəndələri Azəri Məmmədov və Nahid Qasımovun təqdimat çıxışları ilə davam etdirilib.