Şirvan sakini Cəlilabadda külli miqdarda narkotiklə tutuldu

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı  narkotik maddə alverçisi həbs olunub.

 

APA TV-nin Cənub bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 33 yaşlı İlkin Mahir oğlu Atayev Cəlilabad rayonuna gələrək Cəlilabad-Sərhədabad şose yolunun kənarında  əvvəlcədən gizlədilmiş yerdən 8 kq-a yaxın narkotik maddə olan tiryəki götürüb qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlum olub ki, İlkin Ağayevə narkotik maddəni adı çəkilən yerdən götürərək digər şəxslərə təhvil verməsini ona  İrandan olan tanışı telefonla zəng edərək xəbər verib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Digər şəxslərin də tapılaraq istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar davam  etdirilir.

 

Müəllif | Apa.Tv