Gəncədə “Daewoo” işıq dirəyinə çırpılıb aşdı
Gəncə-Göygöl avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, Göygöl rayonu istiqamətində hərəkətdə olan “Daewoo” markalı avtomobil yolun kənarında işıq dirəyinə çırpılaraq aşıb. Nəticədə avtomobil yararsız hala düşüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.