Kimya üzrə Nobel mükafatı türk alimə verildi

Türk alim kimya üzrə Nobel mükafatına layiq görülüb.

 

İsveç Nobel komitəsi 2015-ci ildə kimya üzrə mükafatın sahiblərini açıqlayıb.

 

APA-nın komitənin saytına istinadən verdiyi məlumata görə, Türkiyədən Əziz Sancar, Birləşmiş Krallıqdan Tomas Lindahl və Pol Modriç DNT-nin bərpası üzrə mexanizmlərin araşdırılmasında göstərdikləri nailiyyətlə əlaqədar bu mükafata layiq görülüblər.


Əziz Sancar ABŞ-ın Şimali Karolina Universitetində dərs deyir. Türkiyəli alim xərçəngin müalicəsində "sirkadiyen saat"ın (ritmik saat) tapılmasına nail olub.

 

Xatırladaq ki, ötən il kimya üzrə Nobel mükafatı amerikalı alimlər Erik Betsiq, Uilyam E. Morner və  almaniyalı professor Stefan B. Hellə verilib. Alimlər bu mükafata “yüksək keyfiyyətli fluoressent mikroskopiyanın inkişafına görə” layiq görülüblər.

Müəllif | Apa.Tv
Apa.tv