Ağdaşda 3 uşaq anası itkin düşüb

Ağdaşda gənc qadın itkin düşüb. APA TV-nin məlumatına görə, Yeniarx kənd sakini, 1989-cu il təvəllüdlü Həsənova Pərvanə Sərdar qızı bu il avqustun 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Üç uşaq anası olan və həyat yoldaşı ilə birgə yaşayan Pərvanə Həsənova barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarış elan edilib. Qaynanası Ceyran Həsənova gəlini Pərvanənin analıq hissinə əsaslanaraq, geri qayıtmasını, uşaqlarına sahib çıxmasını istəyir. O, 75 yaşında olduğunu və körpə uşaqlara qulluq etməyə gücünün çatmadığını deyib.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov