Qaraçuxur sakini iki qonşusunu bıçaqladı
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Qaraçuxur qəsəbəsində 20 yaşlı Fərman Nəcəfov və Nicat Ramazanov qonşuları tərəfindən bıçaqlanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlər yaralı Fərman Nəcəfovun vəziyyətinin daha ağır olduğunu bildiriblər.
Nicat Ramazanov isə bel nahiyəsindən bıçaqlanıb. Zərərçəkənlər ifadələrində deyiblər ki, qonşuları ilə davaları düşüb və o, bıçaq götürərək, həyətlərində onlara zərbələr endirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs 32-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Suraxanı Rayon polis idarəsində cinayət işi başlanıb.