Azərbaycanda Rusiya rublu bahalaşır - RƏSMİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ölkədə Rusiya rublu bahalaşmaqda davam edir. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 16 manat 80 qəpikdir ki, bu da höftənin əvvəlindən 1 manat artıqdır. ABŞ dolları da dünənə nisbətən bahalaşaraq 1.0480 qəpik olub. İki gün ərzində bahalaşan avro bu gün manat qarşısında dəyər itirib. Mərkəzi Bank avronun məzənnəsini 1.1796 manat olaraq açıqlayıb.