Azərbaycanın ucqar dağ kəndində yeni məktəb binası inşa olunub

Şabranın dağlıq kəndi olan Pirəbədildə orta məktəb binasının açılış mərasimi keçirilib. Açılış mərasiminə kənd sakinləri, rayon icra hakimiyyətinin rəsmiləri qatılıb. İki mərtəbəli 11 sinif otağının yerləşdiyi məktəbdə müasir avadanlıqlar quraşdırılıb. Təhsil ocağında idman zalı, kitabxana, fənn kabinetləri var. Bina istilik sistemi ilə təhciz edilib. Rayon mərkəzindən 20 kilometr məsafədə yerləşən tədris ocağında ətrafdakı kəndlərin şagirdləri də təhsil alacaq. Açılış mərasimində bildirilib ki, son 10 ildə Şabranda 20 yeni məktəb binası istifadəyə verilib.

Qeyd edək ki, Pirəbədildə yeni məktəb binasının tikintisinə ötən ilin aprel ayından başlanıb. Sentyabrın 16-da isə Şabranda daha iki məktəb binasının açılışı olacaq. Bunlar hər biri 80 şagird yerlik Təzəkənd və Kilvar kənd ümumi orta məktəbləridir.

Müəllif | Apa.Tv
Vəli Turan