Bakıda şiddətli küləklər davam edəcək - PROQNOZ

Oktyabrın 9-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.

 

Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv