Ərdoğan Rusiyaya meydan oxudu: "Bütün birgə layihələrdən imtina edərik"
Ankara Rusiyadan qaz ixracı məsələsinə yenidən baxa bilər. APA TV-nin "Lenta.ru"ya istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıqlama verib.
Dövlət başçısı bunu Rusiya qırıcılarının Türkiyənin hava məkanını pozmaqla və bunun iki ölkə arasında siyasi narazılıq yaranması ilə əlaqələndirib.
"Rusiya unutmamalıdır ki, aramızda həssas məsələlər var. Bu məsələlərə yanaşmada ağıllı olmaq lazımdır. Biz enerji baxımından Rusiyadan asılı deyilik. Təbii qazı başqa mənbələrdən də ixrac edə bilərik", - deyə Ərdoğan bildirib.
Ölkə başçısı Akkuyu AES-lə də bağlı açıqlamalar verib: "Biz bu layihədən də imtina edə bilərik. Ruslar olmasa, bu stansiyasını başqa dövlətlər də inşa edə bilər".