Ağstafada "Mercedes" 77 yaşlı qadını vurub öldürdü

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Bakı-Qazax yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində Qazax rayon sakini, 1938-ci il təvəllüdlü Səyalı Kərimova yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

 

Ağır vəziyyətdə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Səyalı Kərimovanın həyatını xilas etmək mümkün olmayıb. O, tibb ocağında ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv