Lənkəran-Lerik şosesində qəza: 3 yaralı
Lerikdə 3 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır qəza baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 8-də günorta saatlarında Lənkəran-Lerik şose yolunun 20-ci kilometrliyində, yolun Lerikin Piran kəndi ərazisində qeydə alınıb.
Lerik rayon sakini, 31 yaşlı Kamal Qasımovun idarə etdiyi “NİVA” markalı, 43 BA 918 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən onun həmyerlisi, 30 yaşlı Umudvar Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı, 90 CK 347 dövlət nömrə nişanlı minik avtomaşını ilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü də daxil olmaqla “VAZ-2107” markalı minik avtomobilinin sərnişin, 22 yaşlı Rövşən Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılara müvafiq tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qəza zamanı həmçinin hər iki avtomaşına da ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.