İtaliya millisi Bakıda belə qarşılandı
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq olan İtaliya millisi artıq Bakıdadır.
APA TV-nin məlumatına görə, ötən gecə Azərbaycana gələn İtaliya millisini Heydər Əliyev adına hava limanında geniş azarkeş kütləsi qarşılayıb.
Qeyd edək ki, Azərbaycan-İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Ölkənin ən böyük idman arenasında baş tutacaq bu oyun Olimpiya Stadionunda keçirilən ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.