Zığ - Hövsan yolunda yerləşən kanal sürücülər üçün təhlükə mənbəyinə çevrilib

Bakının Zığ və Hövsan qəsəbələrini birləşdirən magistral yolun çox hissəsində asfalt örtüyü dağılaraq sıradan çıxıb. Gecə saatlarında yolda ışıqlandırmanın olmaması isə sürücülərə problem yaradır. İki yolun kəsimməsində yerləşən və çirkab sularının axıdıldığı kanal sürücülər üçün əsl təhlükə mənbəyinə çevrilib. Son iki gündə bu kanala iki avtomobilin düşüb. Sürücülərin sözlərinə görə, ensiz və işıqsız yolun sərt döngəsində yerləşən bu kanalın mövcudluğu barədə nə xəbərdarlıqedici nişan qoyulub , nə də qoruyucu sədd çəkilib. Bu səbəbdən sürücülər bir-birilərinin yollarına çıxaraq tez-tez qəza şəraiti yaradırlar.


Qeyd edək ki, sentayabrın 13 və 14-ü bu yolda iki avtoqəza baş verib. Hər iki halda sürücülərin idarəetməni itirməsi səbəbindən avtomobillər kanala düşüb. Qəzanın biri itkisiz olsa da, digərində 8 aylıq uşaq həyatını itirib.

Sürücülər yol nişanlarının tezliklə bərpa olunmasını və kanala xüsusi sədd çəkilməsini tələb edirlər.

Müəllif | Apa.Tv