Qardaşının pivə puluna görə bacısını döydülər

Nəsimi rayonunda kafedə hesab üstə düşən mübahisə zamanı qadın döyülüb.

 

APA TV-nin məlumatına görə, 50 yaşlı Məlahət Məlikova çox saylı bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstəriləndən sonra palataya yerləşdirilib.

 

Zərərçəkənin sözlərinə görə, qardaşı hadisə baş verən kafedə pivə içib. Lakin hesabı ödəməyə pulu çatmayıb. Pul gətirmək üçün vaxt istəyib və bu zaman mübahisə düşüb. Kafenin işçiləri onu döyüb. Məlahət Məlikova qardaşını döyüldüyünü eşidən kimi kafeyə gəlib. Yaranan mübahisə zamanı naməlum şəxslər Məlahət Məlikovaya xəsarətlər yetiriblər. Faktla əlaqədar araşdırmalar aparılır.  

 

Müəllif | Apa.Tv