Milli Məclisin son iclasının vaxt açıqlandı

Azərbaycan Milli Məclisinin IV çağırışda son plenar iclası oktyabrın 23-də olacaq.

 

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir.

 

Bunlar oktyabrın 13-14-də müzakirə olunacaq 2016-cı il üzrə büdcə zərfinin təsdiqi, bir neçə ölkə ilə Azərbaycanın imzaladığı sazişlərin təsdiqi və bir neçə qanun layihələrinə dəyişikliklərdir.

 

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv