Səudiyyə Suriya müxalifətini Rusiyaya qarşı silahlandırır - MÜHARİBƏ QIZIŞIR

Səudiyyə Ərəbistanı Suriyadakı üsyançı qruplara dəstəyini artırmaq qərarına gəlib.

 

APA TV-nin BBC-yə istinadən verdiyi məlumata görə, Ər-Riyad üsyançıların Rusiya aviasiyasının zərbələrinə məruz qalmasından sonra bu qərarı qəbul edib. 

 

Yüksək vəzifəli səudiyyəli dövlət məmuru Suriyadakı 3 qruplaşmaya - “Azad Suriya Ordusu”, “Cənub Cəbhəsi” və “Fəth Ordusu”na müasir silahlar, o cümlədən tank əleyhinə idarəolunan qurğular verəcəklərini bildirib. O qeyd edib ki, yardımlar Səudiyyə Ərəbistanının terror təşkilatı saydığı “İŞİD” və “Əl-Nüsra”ya aid deyil.

 

Xatırladaq ki, daha əvvəl “Reuters” ABŞ-ın suriyalı müxaliflərə yardımı gücləndirmək niyyətində olduğu haqda xəbər yaymışdı.

Müəllif | Apa.Tv
Apa.tv